Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətidən məlumat verilib.
Qeyd olunub ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Əliyev Emin saxlanılıb.
Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sadıqov Ceyhun, Məmmədəliyev Nurlan və Abbasov Vüsal saxlanılıblar. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.