XƏBƏRLƏR / İctimaiyyət

Lənkəranda sel suları həyətlərə dolub

Qeyd edək ki, Lənkəranda leysan xarakterli yağış davam edir

Lənkəranda sel suları həyətlərə dolub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lənkəranda yağan intensiv yağışlar şəhər ərazisində müəyyən çətinliklərə səbəb olub.

    Ötən gün axşam saatlarında müşahidə olunan güclü yağış nəticəsində şəhərin bir sıra küçələrində sel suları yaranıb və həyətlərə dolub. Nəticədə nəqliyyatın hərəkətində məhdudiyyətlər müşahidə edilib.

    Əsasən Z.Əliyeva və Səttarxan küçələrində çətinliklər daha çox qeydə alınıb. Sel sularının təsirinə məruz qalan ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda həyətlərdə yığılan suların çəkilməsi istiqamətində tədbirlər görülür.