XƏBƏRLƏR / İctimaiyyət

DSX İrandan narkotik gətirilməsinin qarşısını aldı

6 kiloqramdan çox marixuana götürülüb

DSX İrandan narkotik gətirilməsinin qarşısını aldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • övlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.