Beynəlxalq konfransın iştirakçıları Zəngilana gedib FOTO
Qonaqlar Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar

15:36
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Zəngilan səfəri çərçivəsində məscidə gedərək ibadət ediblər.
Qonaqlar Zəngilan səfəri zamanı Ağalı kəndindən sonra Zəngilan Şəhər Mərkəzində yerləşən məscidə gəliblər.
Onlara şəhər və məscid haqda ətraflı məlumat verilib. Daha sonra qonaqlar məsciddə ibadət ediblər.
***
13:29
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.
Konfrans iştirakçıları bu gün Zəngilan rayonuna səfər ediblər.
Tədbir iştirakçılarının Zəngilana səfəri rayonun yenidən qurulan Ağalı kəndinin mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarətlə başlayıb.
Qonaqlar həmçinin Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.
Onların daha sonra Zəngilan şəhərindəki məscidə və Konqres Mərkəzinə baş çəkmələri nəzərdə tutulub.
Xatırladaq ki, konfrans iştirakçıları ötən günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda və Şuşa şəhərinin görməli yerlərində, o cümlədən, işğal dövründə azərbaycanlı əsirlərin saxlandığı şəhər həbsxanasında olublar.