Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb YENİLƏNİB
Hadisə rayonun Aşıqlı kəndində olub

Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
Hadisə rayonun Aşıqlı kəndində olub.
Göygöldə dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
Ölənlərdən biri qardaş, ikisi bacı olmaqla 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova və 1990-cı il təvəllüdlü S.Müseyibovadır.
Faktla bağlı araşdırma aparılır.