Hikmət Hacıyev TADIV nümayəndə heyəti ilə görüşüb
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADIV) nümayəndələri Azərbaycanda səfərdədir
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADIV) və Mədəniyyətlərarası Şəbəkə Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.
Görüş TADIV-in Azərbaycandakı nümayəndə heyəti tərəfindən təşkil edilən proqramın bir hissəsi idi.

Media nümayəndələrinin də qatıldığı görüşdə çıxış edən prezidentin köməkçisi Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.
Təxminən üç saat davam edən görüşdə Hacıyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb və Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığına yanaşmasının iki ölkə arasındakı münasibətlərin təməlini təşkil etdiyini bildirib.
1 dəqiqədən az