Dunya Miyatoviç Bakı görüşlərini QAİ-dən başladı
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Qərbi Azərbaycan İcmasının qərərgahında olub
Oktyabrın 23-də Bakıda olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında (QAİ) olub, qurumun rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirib.
QAİ Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə görüşdə Miyatoviçə azərbaycanlıların Ermənistandan zorla qovulması və buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməməsi barədə ətraflı məlumat verilib.
İcma nümayəndələri diqqəti belə bir fakta yönəldiblər ki, Ermənistan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına mane olmaqla beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının İnsan Hüquqları Konvensiyasını kobud şəkildə pozur.