Avropa Şurasının komissarı Ombudsmanla görüşüb
Səbinə Əliyeva Dunya Miatoviçə Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təmini haqda danışıb
Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təmini və müdafiəsi Bakının diqqət mərkəzindədir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç ilə görüşüb:
- Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistan hələ də heç bir məlumat verməyib.
- Ermənistan tərəfi hələ də dəqiq mina sahəsi xəritələrini Azərbaycana təhvil verməyib
- İşğal dövründə Ermənistan azərbaycanlılara məxsus tarixi, dini abidələri, qəbiristanlıqları dağıdıb.