XƏBƏRLƏR / İctimaiyyət

Daha bir "TikTok"er saxlanılıb

DİN-in məlumatı

Daha bir "TikTok"er saxlanılıb
“Semka”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxsi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

    Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.