XƏBƏRLƏR / İctimaiyyət

Ağdamda əkin sahəsində qəbir aşkarlandı

Əraziyə hüquq mühafizə orqanları baxış keçirib

Ağdamda əkin sahəsində qəbir aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.

    Rayonun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və əkin sahəsində məzar olduğu məlum olunub.

    Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühafizə orqanları baxış keçirib.

    Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.