XƏBƏRLƏR / İctimaiyyət

Sabiq deputat Hadı Rəcəbli dəfn olunub

Qeyd edək ki, keçmiş deputat aprelin 17-də 76 yaşında vəfat edib

Sabiq deputat Hadı Rəcəbli dəfn olunub
Hadı Rəcəbli
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:36

    Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub.

    Hadı Rəcəbli Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

    ***

    13:04

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli atasının ölümündən danışıb. Bu barədə o, sabiq deputatla vida mərasimində jurnalistlərə açıqlama verib.

    Mərhum siyasətçinin oğlu deyir ki, atası ağciyərində yaranan problemdən dünyasını dəyişib:

    “Həkimlərin verdiyi rəyə görə, ağciyərində tromb olub. Ürəyinə təsir edib. Qısa zamanda biz onu itirdik. Səhər saatlarında oyanıb, narahatlıq hiss edib, 30 dəqiqə içərisində vəfat edib. Kifayət qədər sağlam və gümrah idi. Gözlənilməz oldu. Biz bunu gözləmirdik. İnana bilmirik. O, bizim üçün hər zaman örnək olub. COVID-19-un fəsadları ola bilər ki, üzə verdi. Onun itkisinə inana bilmirik”.

    ***

    11:14

    Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

    Mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

    Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

    Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.

    ***

    09:07

    Milli Məclisin sabiq deputatı Hadı Rəcəbli vəfat edib.

    O, bu gün dünyasını dəyişib.

    TƏBİB-dən verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.  Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

    Qeyd edək ki, 1947-ci ildə Lənkəranda anadan olan Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.