Şuşada İslam Dünya İrs Komitəsinin 12-ci iclası keçiriləcək
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) tədbiri oktyabrın 8-9-da təşkil ediləcək
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) "X" sosial şəbəkədəki rəsmi səhifəsinin məlumatına görə, İslam Dünya İrs Komitəsinin 12-ci iclası oktyabrın 8-9-da Şuşa şəhərində (Azərbaycanın Qarabağ bölgəsi) keçiriləcək.
- Məlumata görə, iclasın məqsədi üzv dövlətlərin öz tarixi obyektlər və mədəni elementlərinin İSESKO-nun Ümumdünya İslam İrsi Siyahısına daxil edilməsi ilə bağlı təkliflərini müzakirə etməkdir.
- Həmçinin sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirlərinin toplantısı olacaq, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən Türk Dövlətlərinin 1-ci Kardio-Onkologiya Konqresində deyib. O, tibb elminin kardioloji və onkoloji sahələrini birləşdirən bir çox səbəblərin olduğunu qeyd edib.