XƏBƏRLƏR / İctimaiyyət

Ağır qəzada aparıcı Aytən Səfərovanın qabırğaları sınıb

Ölən var

Ağır qəzada aparıcı Aytən Səfərovanın qabırğaları sınıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün səhər saat 7 radələrində ağır avtomobil qəzasına düşən aparıcı Aytən Səfərovanın həmin qəzada qabırğaları sınıb. 

    Qeyd edək ki, hazırda aparıcı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

    ***

    10:22

    Bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində yol-nəqliyyat qəzası baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə bildirib ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

    Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

    Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.