XƏBƏRLƏR / İctimaiyyət

Xalq şairi Nəriman Həsənzadə torpağa tapşırılıb

Şair I Fəxri xiyabanda dəfn edilib

Xalq şairi Nəriman Həsənzadə torpağa tapşırılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib.

    Dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

    Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

    ***

    Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydər Əliyev” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

    Vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.

    Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

    Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

    Xalq şairi Nəriman Həsənzadənin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək, Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetirirlər.

    Vida mərasimində əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.