XƏBƏRLƏR / İctimaiyyət

DYP sürücü və piyadalara müraciət edib

Bakı Şəhər DYP İdarəsi tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilir

DYP sürücü və piyadalara müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücü və piyadalara müraciət edib.

    Bu barədə idarədən məlumat verilib.

    Bildirilib ki, paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək sıxlıqların, eyni zamanda baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə hərəkət sürətinin yüksək olduğu yollarda Bakı Şəhər DYP İdarəsi tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilir:

    "Tədbirlər zamanı nəqliyyat vasitələrini piyadaların minib-düşməsi üçün nəzərdə tutulmayan yerlərdə, avtobus dayanacağında və yolun hərəkət hissəsinin ikinci zolağında saxlayan sürücülərlə marrifləndirici söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının inzibati məsuliyyətlə yanaşı hərəkət intensivliyinin yüksək olduğu yollarda yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, sıxlığın yaranmasına və qəzaların baş verməsinə real zəmin yaratması onların diqqətinə çatdırılıb.

    Yol hərəkətinin müdafiəsiz iştirakçıları olan piyadalara yolun hərəkət hissəsinə çıxmamaları, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyi və müəyyən edilmiş yerlərdən kənar avtomobillərə minib-düşməməklə bağlı tövsiyələr verilib".