Balakən və Ağstafada su dolmuş ərazilərdə tədbirlər VİDEO
FHN xəbər verir
Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Əməliyyatlara FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.