XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

DSK açıqlayır

Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İlin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10266627 nəfərə çatıb.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-mart ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

    ***

    ***

    Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşmüşdür.

      Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəmdir.

      ***
      2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5250 nikaha daxilolma və 3376 boşanma halları qeydə alınıb.

      2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.