464 azərbaycanlı zəlzələ bölgəsindən təxliyə edilib
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib
Bu günə qədər 464 nəfər Azərbaycan vətəndaşı Türkiyənin zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. "Bundan əlavə, onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları da ölkəmizə təxliyə olunub",- deyə XİN rəsmisi deyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə insan tələfatına və ciddi dağıntılara səbəb olub.