Qızıl Xaç Qarabağda mülki erməni axtarır FOTO
Bu barədə BQXK-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri hazırda Qarabağda ermən sakinlərin axtarışı ilə məşğuldur.
Bu barədə BQXK-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
“Son döyüş əməliyyatlarının ardınca baş vermiş kütləvi köçdən sonra biz Qarabağdakı icmalara kömək etmək üçün onlara baş çəkirik.
Qış mövsümünün astanasında əməkdaşlarımız ehtiyac içində olanları soraqlaşmağa və onlara dəstək göstərməyə davam edir”, - deyə BQXK-nin Azərbaycandakı nümayəndəliyindən qeyd edilib.
“Qarabağdakı əməkdaşlarımız evlərini tərk etməməyi seçmiş məhdud sayda sakinlərlə əlaqə saxlayır və yardıma ehtiyacı ola biləcək şəxsləri axtarmağa davam edir” – qurumun açıqlamasında deyilir.