Azərbaycan banklarının bayram günlərində iş qrafiki
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir

Dekabrın 30-dan yanvarın 5-dək qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.
Bayram günlərində Azərbaycanda səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar - https://uploads.cbar.az/press-releases/8d2a9e16d863ac503cc160684.pdf
"Azәrpoçt" MMC - https://uploads.cbar.az/press-releases/d3c6ce64359f77dceb8200f71.pdf
Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/0420ba1d1eb9d1920de7d699e.pdf