Rita Ömərova “Rabitəbank”a təyinat alıb
O, ANS TV-də "Xəbərçi" verilişinin aparıcısı olub
Bu gün tanınmış Jurnalist Rita Ömərova yeni vəzifəyə təyin edilib. O, bundan sonra “Rabitəbank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri kimi fəaliyyət göstərəcək.
Rita Kamal qızı Ömərova – 1983-cü ildə Gürcüstan Respublikasın qədim Borçalı mahalında anadan olub.
1990-2000-cı illərdə Bakı şəhəri, Xətai rayonundakı 257 saylı orta məktəbində təhsil alıb. Məktəbdə əlaçı olub və daim bütün iсtimai proseslərdə yaxından iştirak edib və rəhbərlik edib.
2000-2004-cü illərdə Baki Dövlət Universitetinin Politologiya ixtisasi üzrə bakalavr, 2004-2006-cı illərdə magistratura pilləsi üzrə təhsil alıb.
2006-cı ildə aspiranturaya daxil olub. Jurnalistikaya olan marağı yolunu, yuxarıda qeyd olunduğu kimi, ANS-dən salıb.
2007-ci ildə Amerika-Azərbaycan Media Akadmiyasını bitirib.
Elə həmin ildən başlayaraq ANS TV-də müxbir, aparıcı, layihə rəhbəri vəzifələrində çalışıb, ANS-in Amerika Birləşmiş Ştatlarında Müxbir Məntəqəsinin rəhbəri olub və son illər ANS TV-də Baş кedaktor vəzifəsini həyata keçirib.
ANS-dən sonra Rita Ömərova layiqli və onun peşəkarlıq səviyyəsinə cavab verə biləcək Kütləvi İnformasiya Vasitəsi olmadığından aktiv jurnalistika fəaliyyətini dayandıraraq marketinq və İсtimaiyyətlə əlaqələr sahəsində yüksək nailiyyətlər əldə edərək Azərbaycanın bir sıra qabaqcıl şirkətlərində, o cümlədən "NAR Mobile"da fəaliyyət göstərib, məsləhətlər verib.
Bir müddət sürən danışıqlardan sonra Rita Ömərova,1993-cü ildə fəaliyyətə başlayan və 30 il ərzində ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı 26 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsini yaradaraq Sumqayıt, Quba, Lənkəran, Gəncə, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir və diqər rayonları daxil olmaqla ölkənin 14 regionunda təmsil olunan "Rabitəbank"ın İctimaiyyətlə Əlaqələr xidmətinin meneceri vəzifəsində çalışmağa başladı.
Sözsüz ki, bank sektoru Rita Ömərova üçün yeni sferadır, lakin menecer xidmətinin jurnalistikaya birbaşa aidiyyatı, onun yerli və beynəlxalq media resursları ilə işgüzar əlaqələri və böyük təcrübəsi "Rabitəbank"ın bu sahədə uğurlu inkişafı üçün zəmin yaradacaq.
ANS PRESS adından həmkarımız Rita xanıma uğurlar arzulayırıq!