XƏBƏRLƏR / İctimaiyyət

Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət

Bu barədə "Azərbaycan Dəmir Yolları"na QSC xəbər verir

Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı digər sənədlərin təqdim olunması mütləqdir.

    Bu barədə "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) xəbər verir.

    Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

    "Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.