XƏBƏRLƏR / İctimaiyyət

Qərbi Azərbaycan İcması "Amnesty International"a cavab verdi

Qərbi Azərbaycan İcması "Amnesty International"a cavab verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qərbi Azərbaycan İcmasının bəyanatı:

    "Amnesty International" təşkilatının dünənki bəyanatı Azərbaycan məhkəməsinin erməni əsilli şəxslərə verdiyi hökmlə bağlı tamamilə əsassız və böhtan xarakterli idi.

    "Biz dəfələrlə Amnesty International təşkilatına Ermənistandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək etmək üçün müraciət etmişik. Lakin təşkilat özünü kifayət qədər mücərrəd cavabla məhdudlaşdırıb və konkret addımlar atmaqdan yayınıb.

    Dünənki bəyanatı ilə Amnesty International təşkilatı yalnız kağız üzərində elan etdiyi nəcib dəyərlərə xəyanət etdi və işğalçı, etnik təmizləmə və Xocalı soyqırımı törədən cinayətkarlarla əlaqəsini nümayiş etdirdi. Bu təşkilat insan hüquqlarına, insan əzablarına və humanitar fəlakətlərə yalnız siyasi prizmadan baxdığını nümayiş etdirdi.

    Belə ikiüzlü mövqeyi ilə Amnesty International bütün beynəlxalq qurumlara olan etimadı sarsıdır", - bəyanatda deyilir.