Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçiliyini ifşa edəcək
Bakıda “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda konfrans keçiriləcək
Bakı Təşəbbüs Qrupu Bakıda “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda konfrans keçirəcək.
İyunun 13-də Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloqçu və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyadan olan jurnalistlər “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa və mətbuat konfransı keçirəcəklər.
Konfransın məqsədi həm də dünya ictimaiyyətinin diqqətini Fransa tərəfindən Yeni Kaledoniyada insan hüquqlarının pozulmasına cəlb etməkdir.