İlk çərşənbə fevralın 21-də olacaq
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib
Fevralın 21-də ilk - Su çərşənbəsi, 28-də Od çərşənbəsi, martın 7-də Yel çərşənbəsi, 14-də isə Torpaq çərşənbəsi olacaq.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətova məlumat verib. O, bildirib ki, 2023-cü ildə Novruz bayramı martın ayının 20-də olacaq. Belə ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01.24.24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.