Azərbaycan əhalisinin sayı və tərkibi açıqlanıb
Dövlət Statistika Komitəsi xəbər verir
2025-ci ildə ölkə üzrə əhalinin sayı 37462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatmışdır.
Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
***
Ötən il boşanma və nikaha daxilolma statistikası açıqlanıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48546 nikaha daxilolma və 20675 boşanma halları qeydə alınıb.
Qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
***
2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95875 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.
Ötən il ölkədə 59834 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
1 dəqiqə