XƏBƏRLƏR / İctimaiyyət

Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həlak olub

ANAMA xəbər verir

Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.

    Hadisə nəticəsində əməkdaş həyatını itirib.