XƏBƏRLƏR / İctimaiyyət

İranlı zəvvarlar İraqda qəzaya düşdü: ölən və yaralanan var

Bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri açıqlayıb

İranlı zəvvarlar İraqda qəzaya düşdü: ölən və yaralanan var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.

    “Azad İran” teleqram kanalı xəbər verir ki, bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri açıqlayıb.

    Onun sözlərinə görə, avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə yollanan 20 iranlı zəvvar həlak olub, çox sayda insan isə yaralanıb.

    Yaralılar arasında üç azyaşlının da olduğu qeyd olunub.

    Qəzanın səbəbləri açıqlanmayıb.