Füzulidə ağır yol qəzası: üç nəfər ölüb
Hadisə rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində baş verib

Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib.
Rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada "Mersedes", "KİA" və "Opel" toqquşub.
Hadisə nəticəsində rayon sakinləri 1999-cı il təvəllüdlü Qurbanov Nicat və qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu, 1999-cu il təvəllüdlü Süleymanov Elçin hadisə nəticəsində ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, ölənlər "Mersedes"in sürücü və sərnişinləri olub.
Faktla bağlı araşdırma aparılır.