XƏBƏRLƏR / İctimaiyyət

Ardıcıl beş gün iş olmayacaq

Nazirlər Kabineti ölkədə 27 maydan 31 maya qədər qeyri-iş günləri elan edib

Ardıcıl beş gün iş olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda may ayının sonunda ardıcıl beş günlük istirahət olacaq.

    Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü hesab edilir. Belə ki, 28 May isə Müstəqillik Günü qeyd olunacaq.

    Qərara görə, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar olaraq, mayın 29-u da istirahət günü elan edilib. Beləliklə, 30 və 31 may tarixlərinin həftəsonuna təsadüf etməsi nəzərə alınaraq, ölkədə 27 maydan 31 maya qədər ardıcıl qeyri-iş günləri olacaq.