XƏBƏRLƏR / İctimaiyyət

362 nəfər könüllü qan verib

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

362 nəfər könüllü qan verib
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

    Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

    Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

    Qeyd edək ki, aksiya Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.