XƏBƏRLƏR / İctimaiyyət

Beyləqanda şagirlər öz hazırladıqları qidadan zəhərləniblər

Bu barədə AQTA-dan məlumat verilib FOTO

Beyləqanda şagirlər öz hazırladıqları qidadan zəhərləniblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:00

    Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 okryabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

    ***

    14:52

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.

    Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.