Səfir Rəsulzadənin məzarını ziyarət etdi
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
"Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində məzarını ziyarət edərək xatirəsini hörmətlə yad etdik", - paylaşımda deyilir.
Qeyd edək ki, Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması yekunlaşıb.
Abadlaşdırılma işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkənin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.