XƏBƏRLƏR / İctimaiyyət

Bakıda yük avtomobili və minik avtomobili toqquşub, ölən var

Hadisə Qaradağ rayonu ərazisində baş verib

Bakıda yük avtomobili və minik avtomobili toqquşub, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda yük avtomobili və minik avtomobili toqquşub.

    Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrində Nuriyev Rəhim Bəxtiyar oğlu idarə etdiyi “Tofaş” markalı avtomobillə İbrahimov Umud Rafiq oğlunun idarə etdiyi “MAZ 543302-2120“ markalı yük avtomobili toqquşub.

    Nəticədə “Tofaş" markalı avtomobildə sərnişin 1991-ci il təvəllüdlü Həsənov Sadiq Azər oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

    Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.