XƏBƏRLƏR / İctimaiyyət

Sərdar Cəlaloğlunun partiyasına ofis verildi

Bu, dövlət başçısının tapşırığı ilədir

Sərdar Cəlaloğlunun partiyasına ofis verildi
Sərdar Cəlaloğlu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi fəaliyyətin daha əlverişli şəraitdə yerinə yetirilməsi, iş imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

    Bu prosesin davamı olaraq, aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib. Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.