XƏBƏRLƏR / İctimaiyyət

Moskva Azərbaycan diasporunun rəhbərini deport edir

Bundan əvvəl Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib

Moskva Azərbaycan diasporunun rəhbərini deport edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

    Elşən İbrahimov APA-nın Moskva müxbiri ilə söhbətində hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib.

    O bildirib ki, “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

    Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.