XƏBƏRLƏR / İctimaiyyət

Rusiyada ağır qəza: üç azərbaycanlı həlak olub

Rusiyada ağır qəza: üç azərbaycanlı həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 30-da Rusiyanın Şimali Osetiya bölgəsində yerləşən Dzuarikau–Arxon avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbər verir.

    Bildirilib ki, saat 14:00 radələrində baş verən qəzada 19 yaşlı sürücünün idarə etdiyi “Lada Priora” markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq “VAZ 21053” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    “Priora” markalı avtomobilin sürücüsünün 2006-cı il təvəllüdlü, digər avtomobilin sürücüsünün isə 1992-ci il təvəllüdlü olduğu qeyd edilib.

    Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 3 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

    Hazırda hadisə ilə bağlı araşdırma aparılır.