XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda axtarışda olan şəxs İrana qaçarkən saxlanıldı

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat verib.

Azərbaycanda axtarışda olan şəxs İrana qaçarkən saxlanıldı
Telman İsgəndərov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat verib.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.