Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib
Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

Qafqaz Müsəlmanları İdarəsininin sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qan verib.
İdarədə təşkil olunan aksiyada Şeyxülislamla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar da qan verib.
Xatırladaq ki, bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 22 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.
Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.