XƏBƏRLƏR / İctimaiyyət

Əli Əhmədov: Əhalinin artım tempində ciddi zəifləmə var

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini

Əli Əhmədov: Əhalinin artım tempində ciddi zəifləmə var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Əhalinin artım tempində ciddi zəifləmə var, bu bizi narahat edir”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

    Əli Əhmədov bildirib ki, boşanmalar da buna öz təsirini göstərir.

    Boşanmaların sosial problemlərlə əlaqədar olması ilə bağlı fikirlərə də münasibət bildirən birinci vitse-spiker bununla razılaşmayıb.

    “Kifayət qədər yüksək həyat səviyyəsi olan ölkələrdə belə boşanmaların sayı Azərbaycandan qat-qat çoxdur”, - deyə o qeyd edib.