XƏBƏRLƏR / İctimaiyyət

Məktəblərdə terror panikası

Daxili İşlər Nazirliyi bildirilib ki, məsələ nəzarətə götürülüb

Məktəblərdə terror panikası
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxsin məktəb və ticarət mərkəzlərində azyaşlıları kütləvi şəkildə qətlə yetirəcəyinə dair məlumatlar yayılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılır. Əlavə məlumat ictimaiyyətə veriləcək.

    Sosial şəbəkələrdəki feyk məlumatlar əvvəllər başqa ölkələrdə də yayılıb.

    Araşdırma zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur.

    Belə ki, bu il yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb.

    “Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib.

    İlin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, "Telegram" izləyicilərində təşviş yaranıb.

    "Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb. Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, vəziyyətin sabitliyini pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. Üstəlik, ilkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər"-deyə Kazan mediasının yazdıqlarında qeyd olunub.