Nənə 2 yaşlı nəvəsinə işgəncə verirmiş...
Uşaqların anası bir müddət əvvəl dünyasını dəyişib
Sumqayıtda 2 yaşlı uşağın nənəsi tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, 2 yaşlı uşaq nənəsinin fiziki işgəncələrinə məruz qalıb:
"Uşaq Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların anası bir müddət əvvəl dünyasını dəyişib:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var”.
Son məlumata görə, Sumqayıtda azyaşlı qızını baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.
O bildirib ki, Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.