"Toplum TV"-nin əməkdaşlarına cinayət işi açılıb
Onlara Cinayət Məcəlləsinin 206.3.2 -ci maddəsi ilə cinayət işi açılıb

"Toplum TV"nin əməkdaşı Fərid İsmayılov barəsində cinayət işi başlanılıb. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb. O bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha bir xəbərə görə, “Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb. Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.

Onun sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
Akif Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacağı gözlənilir.