XƏBƏRLƏR / İctimaiyyət

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

AAYDA xəbər verir

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Təmir işləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:

    -Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi – avqustun 27-si saat 22:00-dan;

    -Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi – avqustun 27-si saat 22:00-dan;

    -Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi – avqustun 28-i saat 20:00-dan;

    -Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsi – avqustun 28-i saat 20:00-dan;

    -Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsi – avqustun 31-i saat 16:00-dan.