Milli Məclis şəhid ailələrinin hüquqlarını genişləndirdi
“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” qanuna dəyişiklik edilib
Azərbaycanda şəhid ailələrinin hüquqları genişləndirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda baxılan “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyatda olan şəhidin ailə üzvü vəfat etdikdə, mənzil növbəsi onun ailə üzvləri üçün saxlanılacaq. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.