XƏBƏRLƏR / İctimaiyyət

Metroda sərnişin faciəli şəkildə öldü

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib

Metroda sərnişin faciəli şəkildə öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşərək ölüb.

    "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hadisə zamanı dərhal yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.