XƏBƏRLƏR / İctimaiyyət

Parklanma ilə bağlı yeni cərimələr

Azərbaycandakı avtomobil sürücülərinin nəzərinə

Parklanma ilə bağlı yeni cərimələr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yeni dayanacaq cərimələri:

    - Yerüstü parkinq xidmətlərinin ödənilməməsinə görə - 20 manat

    - Avtomobili başqalarına mane olacaq şəkildə saxlamaq (və ya iki yer tutmaq) - 20 manat

    - Sürücülərdən pul tələb edən qanunsuz park edənləri 150-200 manat cərimə gözləyir, 15 sutkaya qədər inzibati həbs də mümkündür.

    - Əlillər üçün nəzərdə tutulmuş yerlərdə parkinq - 60 manat

    - Dayanacaq yerinin “rezervasiyası” [dayanacaq yerinin müxtəlif obyektlərlə bağlanması] - 20 manat

    - Elektriksiz nəqliyyat vasitələrinin enerji doldurma məntəqələrində saxlanmasına görə - 20 manat

    - Xarici səfirliklərin və konsulluqların xidməti avtomobilləri üçün nəzərdə tutulmuş yerlərdə parkinq üçün - 40 manat

    - İkinci və ya üçüncü sırada dayanmağa və park etməyə görə - 80 manat + 2 cərimə balı

    - Taksilər üçün nəzərdə tutulmuş yerlərdə avtomobilləri (taksi olmayan) saxlamağa görə - 40 manat + 2 cərimə balı.