Mahaçqaladakı partlayışa səbəb gübrələrin alışması olub
Avqustun 14-də baş verən partlayışda 35 nəfər ölmüş, 100-də çox adam yaralanmışdı
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış gübrələrin alışması nəticəsində baş verib
Rusiya Federasiyasının İstintaq Komitəsi avtomobil təmiri zamanı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı texniki xidmət məntəqəsində yanğının baş verdiyini müəyyən edib. Bundan sonra alov yaxınlıqdakı tikiliyə keçib, orada selitra əsasında tez alışan gübrə olan anbar olub və nəticədə böyük partlayış baş verib.
Müstəntiqlər təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb. İş iştintaq Komitəsinin mərkəzi aparatına verilib və dövlət hakimiyyətinə qarşı və iqtisadi sahədə cinayət kimi araşdırılacaq.