Yaponlar G7 sammitinin Xirosimada keçirilməsinə etiraz edir
Etirazlar mayın 15-də başlayıb VİDEO
Bir neçə gündür ki, Xirosimada yüzlərlə insan mayın 19-dan 21-dək Yaponiyada G7 sammitinin keçirilməsinə etiraz edir. Etirazçılar hesab edirlər ki, atom bombasına məruz qalan şəhər siyasi məqsədlər üçün istifadə edilməməlidir.
"Kommersant" xəbər verir ki, etirazlar mayın 15-də başlayıb.
Daha sonra 100-ə yaxın etirazçı sammitə görə müvəqqəti bağlanacaq Xirosima sülh memorial parkında atom bombası qübbəsi kimi tanınan sülh abidəsinin önünə toplaşıb. Aralarında universitet tələbələri və atom bombası qurbanlarının ailə üzvlərinin də olduğu etirazçılar “Böyük yeddilik sammitinə yox” və “Müharibə konfransı” şüarları ilə plakatlar qaldırıblar. Etirazçılar “Yaponiya və ABŞ liderləri arasında danışıqlar aparılmayacaq” və “ABŞ hərbi bazaları Yaponiyadan çıxarılsın” kimi şüarlar səsləndiriblər.
Bu ilin əvvəlində atom bombasından sağ qalanlar arasında aparılan sorğu göstərib ki, respondentlərin 88,3%-i sammitin bu şəhərdə keçirilməsini bəyənsə də, üçdə ikisindən çoxu sammitin nüvə silahları ilə mübarizədə ciddi irəliləyişlərə səbəb olacağını düşünmədiyini bildirib.