XƏBƏRLƏR / İctimaiyyət

ABŞ erməniləri Paşinyanı istefaya çağırırlar

Erməni icması Qlendeyl şəhərində etiraz mitinqi təşkil edib

ABŞ erməniləri Paşinyanı istefaya çağırırlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-da yaşayan ermənilər nə üçünsə özlərini Ermənistan Respublikasının daxili işlırinə qarışmağa ixtiyarları olduğunu düşünürlər. Ermənilərin sıx yaşadığı Qlendeyl şəhərində təşkil edilən azsaylı mitinqdə erməni kilsəsi və II Qaregin müdafiə olunub, Nikol Paşinyan isə lənətlənib. 

    "Nikol maskasını çıxardı, məlum oldu ki, o, satqın və əclafdır. Əziz ermənilər, bu gün Ermənistanda baş verənlərdən təəssüflənir, bu biabırçı hakimiyyətin böhtançı rəhbəri, erməni satqınına öz etiraz və tələbimizi bildiririk. O (Nikol Paşinyan - ANS Press) erməni deyil, əminəm ki, yarı azərbaycanlıdır. O, İcevanda yaşayıb və çoxları bilir ki, sovet dövründə İcevanda çoxlu azərbaycanlı olub, onların çoxu ali məktəblərdə oxuyub, sonra ailə qurub Ermənistanda qalıb. Bu əclaf onlardan biridir”, - Vahe Karapetyan adlı çıxış edən bildirib.

    Nikol Paşinyana müraciət edən iş adamı Mayk Saryan aksiya zamanı "Nikol, rədd ol! Ermənilər səndən getməyi tələb edirlər, sənin hakimiyyətdə yerin yoxdur" deyib.